Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Rusiya MN: “Moskva” kreyseri batıb

“Moskva” kreyseri batıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva” kreyseri təyinat limanına çəkilən zaman sursatların partlaması nəticəsində yanğın zamanı gövdəyə ziyan dəydiyindən gəmi dayanıqlığını itirib. Gəmi fırtınalı dənizlər şəraitində batıb.

“Əvvəlcədən xəbər verildiyi kimi, kreyserin ekipajı ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib”, – Rusiya Müdafiə Nazirliyi bildirib.

Cümə axşamı gecəsi Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserində döyüş sursatını işə salan yanğının baş verməsi barədə məlumat verib. “Ekipaj tamamilə təxliyə olunub”, – Rusiya Müdafiə Nazirliyi əlavə edib.

Cümə axşamı günortadan sonra Rusiya Müdafiə Nazirliyi kreyserin yanğından sonra suda qaldığını bildirib.

Check Also

İran həmkarlar təşkilatından prezidentliyə namizədlərə çağırış: Fəhlələrlə bağlı proqramlarınızı təqdim edin

İran Həmkarları Ali Konfederasiya Şurası prezidentliyə namizədlərdən fəhlələrlə bağlı proqramlarını təqdim etmələrini istəyib. Boyukmillet.com xəbər …