Çərşənbə , 3 İyul 2024
Drone Cameras

DİN vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Boyukmillet.com xəbər verir ki, paytaxtda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə infeksiya riski yüksək olan ünvanlarda, ictimai nəqliyyatda – metropolitenində, avtobuslarda və piyada keçidlərində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

“Polis tərəfindən metrostansiyalarda, piyada keçidlərindı, avtobuslarda tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən insanlara koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur.

Vətəndaşlardan bir daha xahiş edirik ki, infeksiyasının yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, infeksiya riski olan yerlərdə özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar”, – məlumatda qeyd edilib.

Check Also

Suraxanıda yol qəzası olub, sürücü xilas edilib

Suraxanı rayonunda yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib. Boyukmillet.com xəbər verir …