Bazar , 15 Noyabr 2026
Drone Cameras

Gürcüstan gəncləri: “Ermənistan monoetnik, daha az tolerantlığın olduğu ölkədir” – SORĞU

Gürcüstan gəncləri Ermənistanı monoetnik və daha az tolerantlığın olduğu ölkə kimi səciyyələndirirlər.

Boyukmillet.com xəbər verir ki, bu, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) təşəbbüsü ilə gənclər arasında keçirilən sorğunun nəticələrindən məlum olub.

Gənclər hesab edirlər ki, Gürcüstan və Ermənistan arasında oxşar cəhətlər din (müxtəlif konfessiyalara baxmayaraq), memarlıq və qonaqpərvərlikdir.

Sorğuda iştirak edən erməni əsilli gənclərin fikrincə, ermənilər və gürcülər ailə, digər dəyərlər və ənənələrinə görə bir-birinə oxşardırlar. Onlar qeyd ediblər ki, gürcü və azərbaycanlılar daha çox dindardırlar, din onların həyatında önəmli yer tutur.

Qeyd edək ki, sorğu 2021-ci ilin iyulun 23-dən avqustun 18-dək 18-29 yaş arasında olan 1 539 gənc arasında telefonla müsahibə yolu ilə aparılıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …