Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı vətənə qayıdıb

Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.

Bu barədə “Report”un Muğan bürosuna tələbənin atası Amin Abdullayev məlumat verib.

Belə ki, H. Abdullayev əvvəlcə Polşaya, ordan isə Macarıstan vasitəsilə Bakıya gəlib.

Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü. Bir həftə öncə isə Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …