Bazar , 15 Noyabr 2026
Drone Cameras

Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, tapılan 5 avtomat, 3 qumbarataatan, 2 pulemyot, 1 tank əleyhinə idarə olunan raket sistemi, 1 tapança, 12 əl qumbarası və alışdırıcıları, 2358 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …