Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Daşaltı kəndində turizm kompleksləri tikiləcək

Şuşa rayonunun Daşaltı kəndində turizm mərkəzi tikiləcək.

Boyukmillet.com xəbər verir ki, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

O deyib ki, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək.

Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq. A.Kərimov diaspor nümayəndələrinə çağırış edərək beynəlxalq simpozium və tədbirlərin Şuşada keçirilməsi işində fəal olmağa səsləyib.

Qeyd edək ki, xarici turistlər bu gün ölkəmizə səfərə maraq göstərir. Xüsusən də, işğaldan azad olunmuş torpaqları görmək istəyirlər. Bunun üçün Şuşada və Daşaltı kəndində turizm sahəsində görüləcək işlərə dair konsepsiya hazırlanır.

Check Also

Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb

Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Dövlət …