Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukrayna kəşfiyyatı separatçıların Mariupolda verdiyi itkiləri açıqlayıb

Çoxu Ukraynanın Mariupol şəhərində gedən döyüşlərdə öldüyündən qondarma Donetsk Xalq Respublikasında “xalq milisləri” praktiki olaraq qalmayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsindən bildirilib.

Məlumata görə, Mariupol istiqamətindəki döyüşlərə Rusiya qondarma qurumun “Daxili İşlər Nazirliyi”nin bütün şəxsi heyətini, o cümlədən “Respublika”nın “daxili qoşunları”nı, “DİN-in Donetsk akademiyası”nın “kursantları”nı da cəlb edib.

Onların verdiyi canlı qüvvə itkisinin sayı açıqlanıb: “Mariupol istiqamətində separatçıların 26-sı kursant olmaqla 1000 nəfərə yaxını öldürülüb, 2800 nəfər döyüş qabiliyyətini itirib, başqa istiqamətlərdə isə 500-ə yaxını ölüb, 2 100 nəfər döyüş qabiliyyətini itirib”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …