Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Rusiyaya qarşı altıncı sanksiyalar paketi neft idxalına məhdudiyyəti əhatə edə bilər

“Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının altıncı paketi bu və ya digər formada Rusiya neftinin idxalına məhdudiyyətləri əhatə edə bilər, lakin bu, ittifaqın üzv ölkələrinə dəyən ziyanı minimuma endirəcək şəkildə hazırlanmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidentinin müavini Valdis Dombrovskis “The Times”a müsahibəsində söyləyib.

“Biz altıncı sanksiyalar paketi üzərində işləyirik və nəzərdən keçirdiyimiz məsələlərdən biri neft embarqosunun hansısa formasıdır. Biz sanksiyalar tətbiq edərkən bunu Rusiyaya təzyiqi maksimum dərəcədə artıracaq və özümüz üçün müşayiət edən ziyanı minimuma endirəcək tərzdə etməliyik”, – o bildirib.

Siyasətçi onu da qeyd edib ki, sanksiyaların təfərrüatları hələlik razılaşdırılmayıb, ancaq bu, Rusiya neftindən tədricən imtina və ya müəyyən qiymət həddini aşan ixracat tariflərinin tətbiqi ola bilər.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …