Bazar , 22 Noyabr 2026
Drone Cameras

Sabah Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Aprelin 26-da Bakıda Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü İdarənin direktoru Denis Qonçar müsahibəsində bildirib.

“Aprelin 26-da keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 20-ci yubiley iclasına hazırlıq davam edir”, – o deyib.

Diplomatın sözlərinə görə, tərəflər iqtisadi əməkdaşlığa dair kompleks məsələləri nəzərdən keçirir: “Bizim çoxsaylı maraqlı və perspektivli yeni layihələrimiz var”.

D.Qonçar vurğulayıb ki, aprelin 20-21-də Rusiya Energetika Nazirliyinin istilik elektrik kompleksi üzrə Azərbaycanda təşkil etdiyi rusiyalı iş adamlarının növbəti tədbirini yada salıb: “Bu, üçüncü tədbirdir. İlk iki tədbir 2021-ci ilin iyul və noyabr aylarında keçirilib. Biz Qarabağ ərazilərinin bərpasına yerli iqtisadi operatorların cəlb edilməsinə böyük əhəmiyyət veririk. Hesab edirik ki, bu, ikitərəfli iqtisadi-ticari əməkdaşlığın stimullaşdırılmasında mühüm vasitədir”.

Check Also

Paşinyan Azərbaycan lideri ilə Ermənistanın yeni konstitusiyasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə Ermənistanın yeni konstitusiyasının …