Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

YAŞAT Fondu: “Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir”

“Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir”.

Boyukmillet.com-un xəbərinə görə, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, ümumilikdə, YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib:

“Onlardan 132 nəfərinin müalicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir”.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …