qhtxeber.az Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün “Layihələrin idarə edilməsi və hesabatlıq” mövzusunda təlim təşkil edəcək. Təlimdə iştirak etmək istəyən QHT rəhbərləri 10 iyul 2019-cu il tarixədək [email protected] ünvanına elektron qaydada müraciət edə bilərlər. Müraciətdə iştirakçının adı və soyadı, təmsil olunduğu təşkilat, təşkilatda tutduğu vəzifə və əlaqə vasitələri göstərilməlidir. Təlimin vaxtı və yeri barədə əlavə məlumat veriləcək. Əlavə məlumat üçün Şuranın daxili nəzarət və qiymətləndirmə xidməti ilə əlaqə saxlamaq olar: Tel: (+994) 12 493 17 80 (dax.505)
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …