Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Nazir: “Pandemiya daha çox ucqar kəndlərdəki şagirdlərə mənfi təsir edib”

“Azərbaycanda pandemiya şəraiti təhsil sisteminə uzunmüddətli mənada mənfi təsir edib”.

Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.

Nazirin sözlərinə görə, ucqar kəndlərdə internetə çıxışı olmayan təhsil alanlar üçün pandemiyanın yaratdığı problemləri uzun müddət görəcəyik: “Təbii ki, beynəlxalq qiymətləndirmə sistemi var. Qiymətləndirmə zamanı pandemiyanın təhsilə təsirini daha dəqiq biləcəyik”.

“Təhsil sistemi olaraq lazımi çağırışlara öhdəsindən gələ bildik. Əsas səbəb müəllimlərin fədakarlığı, eləcə də valideynlərlə əməkdaşlıq, həm də təhsilalanların prosesdə aktiv iştirak etməsi idi”, – nazir bildirib.

Check Also

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, bu …