Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatına münasibət bildirib.
Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, XİN sözçüsü Mariya Zaxarova bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, Ukraynaya verilən silahlarla Rusiyanın ərazisindəki hərbi obyektləri vurmaq olar. Biz buna əvvəllər də münasibət bildirmişik. Belə hərəkətlər cavabsız qala bilməz. Mən istərdim ki, Qərb bizim xəbərdarlıqlarımızı ciddi qəbul etsin: Britaniyanın Ukraynanı Rusiya ərazisindəki hədəflərə zərbə endirməyə təhrik etməsi sərt reaksiyalara səbəb olacaq”, – o bildirib.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə söyləyib ki, Qərb ölkələrinin belə bəyanatları qitənin təhlükəsizliyi üçün təhdiddir. “Bu cür hərəkətlər sabitlik üçün təhlükədir”, – o vurğulayıb.