Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycanın bədii gimnastları Rumıniyada 5 medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən 21-ci “Irina Deleanu Cup” beynəlxalq turnirə yekun vurulub.

Boyukmillet.com Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda ölkəni təmsil edən Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.

Komandanın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə 3-cü yerə layiq görülüb.

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …