Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Qırğızıstanın yeni xarici işlər naziri təyin edilib

Qırğızıstan Prezidenti Sadır Japarov Jeenbek Kulubayevin xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Aprelin 22-də Japarov Ruslan Kazakbayevi xarici işlər naziri vəzifəsindən azad edib. Sabiq nazir iki dəfə xarici siyasət idarəsinə rəhbərlik edib. Birinci dəfə – 2010-2012-ci illərdə, ikinci – 2020-ci ildən 2022-ci ilə qədər. Kazakbayevin istefasının səbəbləri barədə məlumat verilmir.

Həmin gün dövlət başçısı əvvəllər Prezident Administrasiyasının xarici siyasət şöbəsinə rəhbərlik etmiş Kulubayevi XİN rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edib. Aprelin 27-də Qırğızıstan parlamenti Kulubayevin namizədliyini təsdiqləyib.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …