Şənbə , 13 Dekabr 2025
Drone Cameras

DİN Bakıda tələbənin intiharının səbəbini açıqlayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda tələbənin intiharının səbəbini açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, mayın 3-ü saat 12 radələrində Bakı şəhər sakini, 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb.

O, eyvanın altında dayanan, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …