Cümə axşamı , 9 May 2024
Drone Cameras

XİN-də Azərbaycan-İtaliya əlaqələrinin 30 illiyi ilə bağlı tədbir keçirilir

Xarici İşlər Nazirliyində Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Qeyd edək ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb. İki ölkə arasında əlaqələr Azərbaycan Xalq Cümhuriyyəti dövründə də olub. Belə ki, Bakıda İtaliyanın Enriko Ensomun rəhbərlik etdiyi nümayəndəliyi olub.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasında diplomatik münasibətlər bərpa edilib. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib. Bundan başqa, Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …