Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov mayin 14-də, saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

Boyukmillet.com xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Qusar DAİM-ə (telefon (050) 235-77-67) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Check Also

Aqrar Kredit və İnkişaf Agentliyi şimal bölgəsindəki aqrar layihələri mediaya təqdim edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Quba, Qusar və Xaçmaz rayonlarındakı …