Cümə , 22 Noyabr 2024
Drone Cameras

Şuranın Apelyasiya Komissiyası müraciətləri cavablandırıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib

E-huquq.az-ın xəbərinə görə, şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2019-cu il dördüncü qrant müsabiqəsinin nəticələri ilə razılaşmayan 35 QHT-nin müraciətinə baxılıb. 5 QHT-nin nümayəndəsi iclasda iştirak etməyib. Komissiyaya təqdim olunmuş hər bir layihə iclasda təhlil olunub və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin diqqətinə çatdırılıb.

Şura bu iclasında da sağlamlıq imkanları məhdud olan, regionlarda fəaliyyət göstərən və hər hansı üzrlü səbəbdən iclasa gələ bilməyən QHT nümayəndələrinə Apelyasiya Komissiyasının iclaslarında onlayn (video görüntülü) şəkildə iştirak etmək imkanı yaradıb. 3 QHT nümayəndəsi iclasda onlayn şəkildə iştirak edib. 

Apelyasiya Komissiyası müzakirələrdən sonra hər bir müraciəti fərdi qaydada araşdıraraq müvafiq qərarlar qəbul edib.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …