Bazar , 24 Noyabr 2024
Drone Cameras

NATO və Rusiyanın ali hərbi rəhbərləri görüş yeri kimi yenə Bakını seçdilər

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolterslə görüşəcək.

boyukmillet.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilir.

“Bakıda Baş Qərargah rəisi Valeri Gerasimov Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparacaq”, – nazirlikdən bildiriblər.

Həmçinin, V.Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə də görüşləri planlaşdırıldığı qeyd edilir.

Vurğulanıb ki, Gerasimov artıq Azərbaycana işgüzar səfərə gəlib.

Qeyd edək ki, V.Gerasimovla T.Uolters arasında iyunun 3-də telefon danışığı olub.

Bu, Rusiya və NATO generalları arasında Bakıda baş tutan dördüncü görüş olacaq. 

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …