Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyənin Parisdəki Baş Konsulluğuna əl bombası atılıb

Türkiyənin Fransanın paytaxtı Paris şəhərindəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən kustar üsulla hazırlanmış əl bombası atılıb.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, hücum zamanı konsulluğun binasının divarları və pəncərələri zədələnib, xəsarət alan olmayıb.

Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri tapmaq üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini mühasirəyə alıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …