Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Pakistanda partlayış olub, ölən və yaralananlar var

Pakistanın cənubunda, Karaçi şəhərində törədilən partlayış nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Sind əyalətininin rəhbərliyi bildirib.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Bildirilib ki, hadisə naməlum şəxslərin motoskletə quraşdırılan partlayıcı qurğunu işə salması nəticəsində baş verib.

Pakistan ərazisində fəaliyyət göstərən qruplaşmalardan heç bir partlayışın məsuliyyətinin üzərinə götürməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …