Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya ordusu Ukraynanın Polşa ilə sərhədində hərbi obyekti vurub

Mayın 15-də səhər saatlarında Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski teleqramda bildirib.

Zərbə nəticəsində Polşa ilə sərhəd yaxınlığında yerləşən hərbi obyekt dağıdılıb.

“Polşa ilə sərhədə yaxın Yavoriv rayonunda yerləşən hərbi infrastruktur obyektinə 4 raket düşüb. Obyekt tamamilə məhv edilib”, – o deyib.

İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.

Bundan əvvəl Lvov vilayəti üzərində zenit-raket qüvvələrinin Rusiyanın Qara dənizdən atılan iki raketini vurduğu bildirilib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …