Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya Gürcüstanla quru sərhədini açıb

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin koronavirusla əlaqədar Gürcüstana girişə qoyulan məhdudiyyətləri ləğv edən sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncam Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Yeni sənədə əsasən, məhdudlaşdırıcı tədbirlər artıq Gürcüstana səfər edən Rusiya Federasiyası vətəndaşlarına şamil edilmir.

Qeyd edək ki, Rusiya hökumətinin 27 mart 2020-ci il tarixli qərarı Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və ya digər üzrlü səbəblər olduğunu sübut etmək tələb olunurdu. Artıq sözügedən məhdudiyyətlər ləğv edilib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …