Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Fərid Şəfiyev: “Sərhəd qüvvələri Paşinyana tam tabe olmur”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev son zamanlar Ermənistan tərəfindən dövlət sərhəddində törədilən təxribatlara münasibət bildirib.

Qurum rəhbəri “Report”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi qüvvələrə tam nəzarət edə bilmir.

“Bu strukturlarda uzun illərdir ki, Ermənistanın keçmiş dövlət başçıları Robert Köçəryan və Serj Sarqsyan klanının adamları işləyir. Bu hal Ermənistanın Xarici İşlər Nazirliyində (XİN) də müşahidə olunurdu. Hazırkı XİN rəhbəri isə o sistemdən deyil. O, kənardan gətirilən bir şəxsdir. Mən düşünmürəm ki, Paşinyan hökuməti sərhəd zonasında hər hansı bir münaqişə, gərginlik ocağının yaranmasında maraqlıdır. Hesab edirəm ki, sərhəd qüvvələri ona tam tabe olmur”, – F.Şəfiyev bildirib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …