Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Ukrayna Prezident Ofisi: “Rusiya ilə müvəqqəti atəşkəs mümkün deyil”

“Rusiya qoşunları Ukraynadan çıxmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Rusiya qoşunları Ukraynadan çıxmayanadək atəşkəs mümkün deyil. Ukrayna ictimaiyyəti yeni “Minsk”in (Ukraynanın şərqindəki silahlı münaqişənin nizamlanmasına yönəlmiş kompleks tədbirlərin yerinə yetirilməsi üzrə razılaşmalar – red.) yaranmasında və bir neçə ildən sonra müharibəyə yenidən qayıtmaqda maraqlı deyil”, – o bildirib.

M.Podolyak əlavə edib ki, Rusiya Ukrayna torpaqlarından hələ ki tam çıxmağa hazır deyil, danışıqlar platformasında Ukraynaya silah, pul verilməsi, Rusiyaya sanksiyalar tətbiq olunması var.

Check Also

Türkiyə polisi 22 vilayətdə əməliyyat KEÇİRDİ: 92 nəfər SAXLANILDI – VİDEO

Türkiyə polisi iki həftə ərzində İŞİD ilə əlaqədə şübhəli bilinən 92 nəfəri saxlayıb. Boyukmillet.com xəbər …