Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Qarabağa səfər edəcək

Azərbaycanda səfərdə olan Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi sabah işğaldan azad edilmiş ərazilərə səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir özü bildirib.

“Qarabağı ziyarət Azərbaycana səfərimizin zirvə nöqtəsi olacaq. Mən ilk dəfə ziyarət etmiş olacağam. Həm Türkiyə vətəndaşı, həm də Kənd təsərrüfatı və meşəçilik naziri olaraq çox həyəcanlıyam. 30 il işğal altında qalan torpaqlara ayaq basmaq, oranı ziyarət etmək bizə həyəcan verəcək”, – deyə nazir qeyd edib.

Check Also

Aqrar Kredit və İnkişaf Agentliyi şimal bölgəsindəki aqrar layihələri mediaya təqdim edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Quba, Qusar və Xaçmaz rayonlarındakı …