Tbilisi yaxınlığındakı NATO və Gürcüstan birgə məşq və qiymətləndirilmə mərkəzinin (JTEC) ərazisində yerləşən “Vaziani” bazasında “NATO-Gürcüstan 2016” təlimləri başlayıb.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
“Genişmiqyaslı təlimlərdə 12 NATO üzvü və iki tərəfdaş ölkə iştirak edəcək. Təlimlərə 250 hərbçi cəlb edilib. Birgə təlimlərin əsas məqsədi Gürcüstan və NATO-nun silahlı qüvvələrinin birgə fəaliyyətidir”, – Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da əlavə ediblər ki, “NATO-Gürcüstan 2016” təlimləri mövcud NATO-Gürcüstan Tədbirlər Paketi (SNGP) çərçivəsində keçirilən sayca ikinci təlimdir.
Təlimlər noyabrın 20-dək davam edəcək.
Check Also
SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək
Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …
Boyukmillet.com Biz yanmasaq vətən yanar