Cümə , 22 Noyabr 2024
Drone Cameras

ÜST fövqəladə səhiyyə vəziyyətlərinə hazırlığı müzakirə edəcək

Bazar günü ​​Cenevrədə açılacaq 75-ci Ümumdünya Səhiyyə Assambleyası (mayın 28-dək davam edəcək-red) pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin fövqəladə hallara reaksiya verməyə hazırlığının gücləndirilməsinə yönələcək.

Boyukmillet.com xəbər verir ki, 2019-cu ildən bəri ilk dəfə əyani keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas illik forumunda ÜST-ə üzv olan 194 ölkənin nümayəndələri iştirak edəcək.

Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq. Nümayəndələr qlobal sağlamlığı fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün “yol xəritəsi”ni, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida təhlükəsizliyi strategiyasını müzakirə edəcəklər.

Assambleya ÜST-ün baş direktorunu beş illik səlahiyyət müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar sessiyasında bu vəzifəyə ÜST-ün hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …