Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentariləri azad edilmiş ərazilərə səfər ediblər

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Boyukmillet.com xəbər verir ki, onlara əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə bağlı məlumat verilib.

Sonra parlamentarilər üçtərəfli birgə iclasda iştirak etmək üçün Şuşa şəhərinə yola düşüblər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …