Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Azərbaycan-Qazaxıstan Ekspertlər Şurası yaradılıb

Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “dəyirmi masa” çərçivəsində Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılması haqqında memorandum imzalanıb.

Boyukmillet.com xəbər verir ki, sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov imzalayıblar.

F.Şəfiyev deyib ki, Şuranın yaradılmasında məqsəd iki ölkə ekspertləri arasında əməkdaşlığı möhkəmləndirməkdir. 

“Bu gün təsis edilmiş Eksertlər Şurası Qazaxıstan və Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə daha bir töhfədir. Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün rəsmi Bakının səylərini yüksək qiymətləndiririk”, – Y.Tukumov bildirib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …