Almaniya Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib.
Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə nazirliyin nümayəndəsi bildirib.
“İndiyə qədər Almaniyada dörd təsdiqlənmiş yoluxma halı var. Xəstələrin təmaslarını və xəstəliyin potensial yayılma yollarını nəzərə alaraq yeni yoluxma hallarının olacağını proqnozlaşdırmaq mümkündür. Pasiyentlərin əksəriyyəti xəstəliyi asan keçirir. Mövcud məlumatlara görə, xəstəliyin ötürülməsi yalnız yaxın təmas zamanı mümkündür. Ona görə də indi virusun yayılma sürətinin orta səviyyədə olacağını düşünürük”, – Almaniya Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, hazırda Almaniya əhalisi üçün meymunçiçəyi virusuna yoluxmaq təhlükəsi orta səviyyədə qiymətləndirilir.
Qeyd edək ki, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya və İspaniya da daxil olmaqla, bir sıra ölkələrdə meymunçiçəyinə yoluxma halları müəyyən edilib.