Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Fərman Ceyranlı axtarışa verildi

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bir neçə vətəndaş barəsində axtarış elan edib.

Bunlardan biri də Ceyranlı Fərman Cahan oğludur. 1957-ci ildə Gürcüstanda anadan olan Fərman Ceyranlı Bakı şəhər sakinidir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

Qeyd edək ki, axtarışa verilən Fərman Ceyralının adı Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işində hallanıb.

Ehtimal olunur ki, Fərman Ceyranlı və digər şəxslər insan orqanını alveri ittihamı üzrə axtarışa veriliblər.

Vahab Xudadatov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. (teleqraf.com)

Check Also

Gənc istedadlara xüsusi təqaüd veriləcək – 61 min manat ayrıldı

Gənc istedadlara xüsusi təqaüdlər verilib.  Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam …