Cümə axşamı , 2 May 2024
Drone Cameras

Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi ərazidə olub

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi ərazidə olub.

Boyukmillet.com xəbər verir ki, o, festivalda iştirak edəcək startaplara baş çəkib.

S.Bayraktara bildirilib ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində Bakıda keçiriləcək “Takeoff Baku” müsabiqəsinin qaliblərinə yüksək məbləğdə mükafat veriləcək. O cümlədən, I yeri tutacaq startap 15 min dollar mükafat, II yeri tutan startap 10 min dollar, 3-cü yeri tutan startap isə 5 min dollar mükafat alacaq.

Daha sonra qonaq media nümayəndələri ilə ərazini gəzib və jurnalistlərin suallarını cavablandırıb. 

Texniki direktor 6 startapla yaxından tanış olduğunu və bütün ideyalarla tanış olduqdan sonra onun diqqətini cəlb etmiş stratapı açıqlaya biləcəyini qeyd edib.

Check Also

“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq

“TikTok” sosial şəbəkəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi və onun bağlanmasını nəzərdə tutan qanun …