Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Rəşad Nəbiyev: “TEKNOFEST-Azərbaycan” Türkiyə ilə dostluq və qardaşlıq nümunəsidir”

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı ilk ölkə Türkiyədən kənarda, məhz Azərbaycanda keçirilir. Bu, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəsidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının rəsmi açılış mərasimində rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Bu festivaln iki ölkənin birlikdə keçirməsi dünyaya mesajdır. “TEKNOFEST” gənclərin festivalıdır. Azərbaycan xalqı haqlı olaraq öz gəncləri ilə fəxr edir. Çünki məhz Ali Baş Komandanın rəhbərliyi ilə gənclərimiz 30 ilə qədər işğalda olan torpaqlarımızı azad edib. Bu zəfərdə bütün nəsillərin rolu var. “TEKNOFEST” 6 ay ərzində bizə birgə işləməyi və məhsulları bölüşməyi təşviq edib, insanların tenologiyaya marağını artırıb”, – deyə nazir qeyd edib.

Check Also

RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf …