Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukraynada 4 minə yaxın mülki şəxs ölüb

Rusiyanın tammiqyaslı hücumu başlayandan bəri Ukraynada 3 974 mülki şəxs ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir.

Mülki əhalinin yaşayış yerlərinə ağır artileriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu qeyd edilir.

Bildirilib ki, ölənlər arasında 1 497 kişi, 985 qadın, 91 qız və 99 oğlan, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 69 uşaq və 1 233 böyük var. Eyni zamanda, 4 654 nəfər yaralanıb.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …