Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya qoşunları Ukraynanın Borovskoye şəhərində yeni mövqelər ələ keçiriblər

Rusiya hərbçiləri Luqansk əyalətinin Borovskoye şəhərində irəliləyərək yeni mövqelər ələ keçiriblər.

Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Luqansk əyalətinin vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

O, qeyd edib ki, Rusiya qoşunları Luqansk vilayətinin Severodonetsk şəhəri yaxınlığında Ukrayna müdafiəsini yarmağa çalışır. Hazırda şəhər yaxınlığında şiddətli döyüşlər gedir.

Sergey Qayday həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Zolotoye və Yekaterinovka rayonlarında müdafiəni davam etdirir. Toşkovkada ukraynalı müdafiəçilər düşmən ordusunu geri çəkməyə və mövqelərini möhkəmləndirməyə nail olublar.

“Lısiçansk-Baxmut şossesi daim düşmən atəşi altındadır və onunla getmək təhlükəlidir”, – vilayət rəhbəri vurğulayıb.

Eyni zamanda, onun sözlərinə görə, humanitar yüklərin çatdırılması və evakuasiya imkanları qalır.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …