Çərşənbə , 8 May 2024
Drone Cameras

Əli Əsədov gürcüstanlı həmkarına təbrik məktubu göndərib

Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Qaribaşvilini Müstəqillik Günü münasibətilə təbrik edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidmətindən bildirilib.

Təbrik məktubunda deyilir ki, Azərbaycan və Gürcüstanı tarixən sıx dostluq əlaqələri və mehriban qonşuluq münasibətləri birləşdirir, mövcud əməkdaşlığın bundan sonra da qarşılıqlı münasibətlərin inkişafına xidmət edəcəyinə əminlik ifadə edilib.

Ə.Əsədov iki dövlət arasında münasibətlərin bu gün yüksək səviyyədə olduğunu qeyd edib: “İnanıram ki, genişmiqyaslı birgə layihələr və hər gün genişlənən strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq bundan sonra da Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına və xalqlarımızın rifahına xidmət edəcək”.

Baş nazir hökumətlərarası komissiyalar çərivəsində qəbul edilən qərarlar və əldə olunan razılaşmaların ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

“Bu əlamətdar gündə Sizə cansağlığı, işlərinizdə uğurlar, dost gürcü xalqına daimi sülh və firavanlıq arzulayıram”, – məktubda deyilir.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …