Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik dəhlizi yaradacaq

Türkiyə-Suriya sərhədində 30 km dərinlikdə təhlükəsizlik dəhlizinin yaradılması prosesi yaxın gələcəkdə başa çatdırıla bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğanın sözlərinə görə, bununla PKK üzvlərinin türk uşaqlarını dələduzluq yolu ilə öz sıralarına qatmağa məcbur etmələrinə son qoyulacaq.

Türkiyə Prezidenti qonşu ölkədə yeni əməliyyatın nə vaxt başlaya biləcəyini açıqlamayıb.

Bundan əvvəl Türkiyənin Suriyanın şimalında Tell-Rifat, Ayn əl-Ərəb, Mənbic və Ayn İsa bölgələrini əhatə edəcək yeni hərbi əməliyyata hazırlaşdığı barədə məlumat yayılıb. Əməliyyata 50 minə yaxın Türkiyə hərbçisinin cəlb edilməsi planlaşdırılır.

Check Also

Türkiyə polisi 22 vilayətdə əməliyyat KEÇİRDİ: 92 nəfər SAXLANILDI – VİDEO

Türkiyə polisi iki həftə ərzində İŞİD ilə əlaqədə şübhəli bilinən 92 nəfəri saxlayıb. Boyukmillet.com xəbər …