Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb

Lənkəran şəhəri ərazisində hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Bakı şəhər sakini olan sürücü Rövşən Acalovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə, üzərində və nəqliyyat vasitəsində narkotik vasitə daşıdığına şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

R.Acalovun psixotrop maddənin sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.

Şəxsi axtarış zamanı isə onun üzərindən narkotik vasitə marixuana və elektron tərəzi aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Acalovun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsindəki gizli saxlanc yerindən 1 kiloqramdan artıq heroin və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, o narkotik vasitələri xaricdəki narkotacir vasitəsilə əldə edib və satışını təşkil etmək üçün paytaxt ərazisinə aparmalı imiş.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …