Çərşənbə , 27 Noyabr 2024
Drone Cameras

Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar iyunun 3-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsini müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçilyi ilə mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında reallaşan görüşün nəticələrini müzakirə ediblər.

Qeyd olunub ki, İrəvanda keçirilən görüşdə Armen Qriqoryan Azərbaycanla ölkəsi arasında normallaşama prosesində Avropa İttifaqının rolunu yüksək qiymətləndirib.

Check Also

Gürcüstan Prezidenti: Parlamentin iclası Konstitusiyaya ziddir

Parlamentin ətrafına çox sayda polis qüvvələri cəmlənib Gürcüstan Prezidenti Salome Zurabişvili 11-ci çağırış parlamentin ilk …