Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy, Şəmkir və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 38 nəfərin müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən subsidiya ödənişi, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Daha sonra nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək.

Check Also

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığı müzakirə edib

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ölkəmizin kənd təsərrüfatı sektorunun potensialını gücləndirmək və beynəlxalq əməkdaşlığı dərinləşdirmək məqsədilə …