Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

DİN iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsində vətəndaş Abbasqulu Məmmədovun müraciətinin araşdırılmaması ilə bağlı iddialar həqiqətə uyğun deyil.

“Belə ki, mayın 31-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Abbasqulu Məmmədov Rasim Əliyev adlı şəxs tərəfindən ona məxsus heyvanların xəbərsiz şəkildə satıldığını deyib.

Daxil olan müraciət əsasında tərəflər polis şöbəsinə dəvət olunub və onların izahatları alınıb.

Hazırda faktla bağlı Oğuz Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir və nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, – DİN rəsmisi vurğulayıb.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …