Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya qoşunları Ukraynanın Zaporojye əyalətinin 60 faizini ələ keçirib

2022-ci ilin iyun ayına olan məlumata görə, Ukraynanın Zaporojye əyalətinin demək olar, 60 %-i Rusiya qoşunları tərəfindən ələ keçirilib.

Bu barədə Boyukmillet.com Ukrayna Prezidentinin saytına istinadən xəbər verir.

Bildirilir ki, yerli vilayət administrasiyasının rəhbəri Aleksandr Starux Prezident Volodimir Zelenskiyə region ərazisinin demək olar ki, 60 %-nin müvəqqəti olaraq Rusiya qoşunları tərəfindən işğal edildiyini və yerlərdə döyüşlərin davam etdiyini bildirib.

Onun sözlərinə görə, düşmən 2 701 infrastruktur obyektini dağıdıb, onlardan bu günə qədər 700-ə yaxını bərpa edilib.

“Son 15 gündə ən çox insan Xerson vilayətindən gəlib. Həmçinin Mariupoldan da gəliblər”, – Starux əlavə edib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …