Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycan Qran-prisində uşaqlar üçün xüsusi zona olacaq

“Formula 1” üzrə Azərbaycan Qran-prisində uşaqlar üçün xüsusi zona olacaq.

Boyukmillet.com xəbər verir ki, uşaqlar və yeniyetmələr üçün Dənizkənarı Milli Park ərazisində “Game Park” quraşdırılıb.

Burada uşaqlar üçün “Upside Down” illüziya otağı, “Climbing Wall” dırmanma divarı, “Helmet Bouncy Castle” batut qurğusu fəaliyyət göstərəcək.

Bundan əlavə, azyaşlılar “Trampoline” qurğusunda fərdi yarış keçirə, “Have a ride”də isə “Formula 1” yarış halqasının kiçik ölçüdə quraşdırılmış hissəsində bacarıqlarını göstərə bilərlər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 – 12 iyunda keçiriləcək.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …