Azərbaycanda 2020-ci ilin noyabr ayından indiyədək mina partlaması nəticəsində ölən şəxslərin sayı açılanıb.
Boyukmillet.com-un xəbərinə görə, Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov bildirib ki, ötən dövr ərizndə 32 min hektar ərazidən 60 minə yaxın mina zərərsizləşdirilib.
“2020-ci ilin noyabr ayından indiyədək azad edilmiş ərazilərdə 39 şəxs mina partlaması nəticəsində həyatını itirib, 184 nəfər isə yaralanıb. Ümumilikdə isə zərərçəkənlərin sayı 223 nəfərdir”, – o vurğulayıb.