Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bakıda 48 yaşlı qadının meyiti aşkarlanıb

Bakıda mənzildə 48 yaşlı qadının meyiti aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Əliyeva Səbinə Hüseyn qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Check Also

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

Çeçenistanda 25 yaşlı qadının qətli ilə bağlı sarsıdıcı iddialar yayılıb. Kurçaloi kənd sakini Samradi Muzayevin …