Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Bakıda qanunsuz parkinq yaradılmış ərazidə səki tam bərpa edilib – FOTO

Bakının mərkəzində yaradılan qanunsuz parkinqin sökülmə işləri başa çatıb.

Boyukmillet.com xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında səki tam bərpa edilib.

Həmin ərazidə yenidən ağac əkiləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Daha sonra parkinqin sökülməsinə başlanılmışdı.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …