Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bakıda kişi bacısı oğlu tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb

Bakıda 35 yaşlı kişi bıçaqlanıb.

Boyukmillet.com-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Abıyev Yədulla Hüseynağa oğlu bıçaqlanıb. Ona mübahisə zəminində bacısı oğlu (ad və soyad dəqiqləşdirilir-red) tərəfindən bıçaq xəsarəti yetirildiyi bildirilir.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Y.Abıyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

Çeçenistanda 25 yaşlı qadının qətli ilə bağlı sarsıdıcı iddialar yayılıb. Kurçaloi kənd sakini Samradi Muzayevin …