Bazar , 15 Noyabr 2026
Drone Cameras

Fərid Qayıbov Azərbaycanın minifutbol yığması ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” klubun fəxri prezidenti Orxan Məmmədov Slovakiyanın Koşitse şəhərində Avropa çempionatında çıxış edən minifutbol üzrə Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, onlar onlayn baş tutan görüşdə komandanı yarımfinala vəsiqə qazanmaları münasibəti ilə təbrik edib və növbəti qarşılaşmada uğurlar arzulayıblar.

Millinin baş məşqçisi Elşad Quliyev diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan seçməsi bu gün yarımfinal oyununda Qazaxıstanla üz-üzə gələcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …